"Polis bölməsinə gedib cərimələrimizi ödəyirik” - Günay

"Polis bölməsinə gedib cərimələrimizi ödəyirik” - Günay
1614 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli avtomobili sürətlə idarə etməyi sevdiyini söyləyib.
 
Axşam.az-ın məlumatına görə, ifaçı bu barədə “Düzünü desək” verilişində danışıb:

“Sürətlə aram yaxşıdır. Avtomobili sürətlə idarə etməyi çox sevirəm. 6 ildir ki, maşın sürürəm. Sürücülük vəsiqəmi oxuyub, imtahan verib almışam. Düzdür, mənim də cərimələrim var. Biz ifaçılar məşhur olsaq da, polis bölməsinə gedib cərimələrimizi ödəyirik”.

Müğənni başına gələn bir hadisəni danışaraq sürət həddini aşmamağa çalışdığını bildirib:

“Bir dəfə Kürdəmir yolunda gözümün önündə bir kamaz körpüdən aşaraq maşının üstünə düşdü. Əgər mən avtomobilimi1 dəqiqə tez, ya gec sürsəydim, o qəzanın içində ola bilərdim. Sonra dərk elədim ki, harasa gecikmək olar, təki həmin yerə sağ-salamat çatasan. Bəzən mənim qayda pozuntularım olur. Daha sonra buna görə özümü günahlandırıram”.

G.İbrahimli bundan çıxış yolu kimi özünə sürücü götürdüyünü, lakin onu işdən uzaqlaşdırdığını deyib:
 
“3 dəfə sürücü götürmüşəm. Amma bəzi səbəblərdən onları yanımdan uzaqlaşdırmışam. Əsasən işinə məsuliyyətsizlik, gecikmələrə görə həmin adamları işdən çıxarmışam”.