"İlham Mirzəyev telefona cavab vermədiyi üçün polisə şikayət etdim"

"İlham Mirzəyev telefona cavab vermədiyi üçün polisə şikayət etdim"
2690 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aynur Əhmədova ifadə verib. O, hər hansı şikayətinin olmadığını deyib. Daha sonra A. Əhmədova proses iştirakçılarının suallarını cavablandırıb. Suallara cavab olaraq A. Əhmədova bildirib ki, İ. Mirzəyevə iki dəfə zəng edib, lakin telefona cavab vermədiyi üçün polisə şikayət edib. Daha sonra prosesdə şahidlər ifadə veriblər.
 
Proses oktyabrın 3-də davam etdiriləcək.

Xatırladaq ki, İ. Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.