"Number one" mükafatları sahiblərinə çatdı - fotolar

"Number one" mükafatları sahiblərinə çatdı -  fotolar
4579 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Number one" mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, açıq havada baş tutan mərasimdə qonaqlar qırmızı xalıdan keçib. Sənət aləminin tanınmış simalarının qatıldığı möhtəşəm gecənin aparıcı və təşkilatçısı Tural Ozan, prodüseri Humay Muxtarova olub.

Mükafat alanlar arasında xalq artisti Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcı Murad Arif, Lətafət Ələkbərova, prodüser Təranə Səmədova, rejissor Nail Naiboğlu, məşqçi Ceyhun Vəliyev, idmançı Tural Ağayev, müğənnilər Zamiq Hüseynov, Natavan Həbibi, Aysel Əlizadə, Elnur Məmmədov, Sevinc Ağaşirinova, Roza Zərgərli, "Bozbash pictures" komandasının aktyorları, ekstrasens Aqil Məhərrəmov və başqaları yer alıb.

Mərasimdə Axşam.az saytı, "Onlar", "ATV Maqazin", "Star life" maqazin verilişləri , jurnalist Fuad Mədətov da mükafata layiq görülüb.

Gecənin sonunda atəşfəşanlıq edilib.

Foto: Rəşad ABBASOV