"O səs Türkiyə”nin Azərbaycan versiyası hazırlanır (Video)

"O səs Türkiyə”nin Azərbaycan versiyası hazırlanır (Video)
3894 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə ən sevilən müsabiqələrdən olan Acun İlicalının layihəsi “O səs Türkiyə”nin Azərbaycan versiyası hazırlanır.

Axşam.az-ın məlumatına görə, “Space” telekanalında yayımlanacaq şou “Sehirli pərdə” adlanacaq.
 
Müsabiqədə münsif heyəti kürsüsündə xalq artisti Faiq Ağayev, əməkdar artist Lalə Məmmədova, müğənni Natavan Həbibi və şoumen Kamran Həsənli oturacaq. Hər münsif öz komandasına 16 iştirakçı seçəcək.

“Sehirli pərdə”nin aparıcısı Nəsib Nur olacaq.