Azərbaycanlı model illər sonra Bakıya gəlib - fotolar

Azərbaycanlı model illər sonra Bakıya gəlib - fotolar
4251 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova illər sonra Bakıya qayıdıb.

Axşam.az-ın məlumatına görə, həmyerlimiz İçərişəhərin küçələrini gəzib, türkiyəli dostları üçün hədiyyələr alıb.

“Qısa müddət ərzində Bakı çox dəyişib. Şəhər gözəl, müasir olub. Mənim üçün Şərqlə Qərbin birləşdiyi paytaxtımdan gözəl yer yoxdur. Hər il Bakım bir başqa don alır”, - deyə model bildirib.

Qeyd edək ki, K.Əzizova 2010-cu ildə Türkiyədə keçirilən, “TRT 1” və “TRT Avaz” kanallarında yayımlanan “Cehiz-şou”da iştirak edib. O, həmçinin, “Məni belə sev” serialında rol alıb, “Evos angels” dərgisi tərəfindən isə “Ayın gözəli” seçilib