“Hər ay ümid edirəm ki, hamiləyəm, ancaq...”

“Hər ay ümid edirəm ki, hamiləyəm, ancaq...”
3162 dəfə oxunub
  • A-
  • A
  • A+
Çoxuşaqlı ana hesab olunan Hollivud ulduzu Nikol Kidman Avstraliya radiolarından birinə maraqlı açıqlamalar verib.
 
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, musiqçi Kit Urbanla birlikdə 4 uşaq böyüdən aktrisa 5-ci övladının olmasını arzulayır:
 
“Hər ay ümid edirəm ki, hamiləyəm, ancaq gözlədiyim möcüzə baş vermir. Əgər belə olarsa, sevincimdən atılıb-düşərəm. Başa düşürəm, 47 yaşım var, çətin ki, belə bir şey olsun. Amma nənəm sonuncu övladını 49 yaşında olarkən dünyaya gətirib”.

N.Kidman kiçik qızının surroqat ana vasitəsilə doğulduğunu da etiraf edib.

Qeyd edək ki, Nikolun Tom Kruzla nikahından İzabella və Kannor Antoni, ikinci evliliyindən isə Sandey Rouz və Feyt Marqaret adlı uşaqları var.