Müğənnidən hamilə olması xəbərinə ironik cavab

Müğənnidən hamilə olması xəbərinə ironik cavab
3557 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Türkiyə mediasında müğənni Gülbən Ərgənin 4 aylıq hamilə olması, üstəlik qızının dünyaya gələcəyi barədə iddialar yayılmışdı.
 
Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə “Sabah”, “Günaydın” qəzetlərini tənqid edərək, onları ehtimallardan xəbər hazırlamaqda günahlandırıb:
 
“Qarnıma uşaq qoyub, cinsiyyətini müəyyənləşdirmək və üstəlik bunu manşetə çıxarmaq – afərin sizə! Xəbərçilikdə zirvə!.. Ultrasəs alimləri...”.
 
Müğənni yalnız “Posta” qəzetinin məsələni onun özü ilə aydınlaşdırdığını  deyib.