Çılpaq fotoları yayılan aktrisanın yeni filmi təqdim olundu – video+fotolar

Çılpaq fotoları yayılan aktrisanın yeni filmi təqdim olundu – video+fotolar
2294 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc aktrisa Cennifer Laurens Bradli Kuperlə birlikdə baş rola çəkildiyi “Serena” filminin qala gecəsinə qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Londonda baş tutan mərasimdə “Oskar”lı aktrisanın sinə dekolteli libası diqqət çəkib. 24 yaşlı Cennifer pencəyə oxşar geyimini hündürdaban qara ayaqqabıları ilə tamamlayıb.

Qeyd edək ki, Suzanna Bierin rejisorluğu ilə çəkilən sözügedən filmdə Tobi Cons, Rayz Ayfanz, Sam Rid kimi tanınmış aktyorlar da iştirak edir.

Xatırladaq ki, bir müddət öncə aktrisanın çılpaq şəkilləri hakerlər tərəfindən mediaya yayılmışdı.