Azərbaycanda yayımda olan filmə Fransada qadağa qoyuldu - video

Azərbaycanda yayımda olan filmə Fransada qadağa qoyuldu - video
4058 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransanın bir çox şəhərində Amerika istehsalı olan məşhur “Annabelin lənəti” adlı filmin kinoteatrlarda nümayişi qadağan edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi ekran işinin izləyicilərin psixikasına mənfi təsir etməsi və onlarda qeyri-etik davranışlara yol açması göstərilir. Marsel, Monpelye, Strasburq və Parisdə filmi izlədikdən sonra tamaşaçılar arasında təhqiramiz sözlərlə dolu çoxlu sayda insidentlərin baş verməsi şəhər rəhbərlərini bu addımı atmağa vadar edib.

Monpelyedəki kinoteatrlardan birinin meneceri məsələ ilə bağlı bu sözləri deyib: “14 yaşlı yeniyetmələr film izləyə-izləyə bir-birlərinə ədəbsiz sözlər deyir, oturacaqları murdarlayırlar. Elə bil, zooparkdadırlar”.

Oxşar səhnələr Fransanın digər şəhərlərinin kino zallarında da yaşanıb. Hətta bəzi yerlərdə polis çağırılıb və salonlar dərhal boşaldılıb.

Qeyd edək ki, adıçəkilən film Azərbaycan kinoteatrlarında da nümayiş edilir.