Cenniferin keçmiş həyat yoldaşları ilə problemi yaranıb

Cenniferin keçmiş həyat yoldaşları ilə problemi yaranıb
1850 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikanın nəşriyyat evlərindən biri dünya şöhrətli müğənni Cennifer Lopezin keçmiş həyat yoldaşları Ojani Noa və Kris Cudda ailə həyatları ilə bağlı təəssüratlarını bölüşmələri üçün milyonlarla dollar pul təklif edib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həmin xatirələri kitab şəklində çap etmək istəyən nəşriyyat evinin bunun müqabilində onlara verəcəyi məbləğ 11 milyon 250 min dollardır. Bu xəbəri eşidən Ceylonun artıq məhkəməyə müraciət etdiyi deyilir.

Xatırladaq ki, C.Lopez kubalı ofisiant Ojani Noa ilə 13 ay, aktyor Kris Cuddla isə 12 ay ailəli olub. Müğənni O.Noa ilə boşanarkən onunla keçirdiyi bir il haqqında mediaya heç bir məlumat verməməsi üçün keçmiş əri ilə müqavilə də bağlamışdı.

Lakin daha sonra Ojaninin sözünün üstündə durmaması, yaşadıqlarını kitab halında çap etdirməsi səbəbindən Ceylo ondan məhkəmə yolu ilə 545 min dollar təzminat almış, nəşrin bütün nüsxələri isə satışdan yığışdırılmışdı.