Enriki İqlesias Anna Kurnikovadan boşanır

Enriki İqlesias Anna Kurnikovadan boşanır
2225 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Enriki İqlesias rusiyalı tennisçi Anna Kurnikovadan ayrılmaq qərarına gəlib.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunun səbəbini açıqlamayan 39 yaşlı ispan ifaçı qərarı barədə mətbuat konfransında deyib. Çoxlarını isə yalnız bir sual düşündürüb: "Enriki və Anna evlənmişdilərmi?".

Qeyd edək ki, 2001-ci ildən birlikdə olan cütlüyün ailə qurub-qurmaması indiyədək müəmmalı qalıb. Onlar bu barədə heç vaxt rəsmi açıqlama verməyiblər və E.İqlesias mətbuat konfransında jurnalistlərin “Siz evlənmişdiniz” sualını belə cavablandırıb:

“Mən hazırda boşanmaq qərarına gəlmişəm. Fikrimdə çox ciddiyəm”.

Qeyd edək ki, Enrikinin Anna ilə birlikdə olduğu 13 il ərzində onu atası Hulio İqlesiasla tanış etmədiyi deyilir.