“Evimdə silahım olmasa, özümü rahat hiss etmirəm”

“Evimdə silahım olmasa, özümü rahat hiss etmirəm”
1103 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaxınlarda Hollivud ulduzu Ancelina Coli ilə ailə quran “Oskar”lı aktyor Bred Pitt radio proqramlarından birinə maraqlı açıqlamalar verib.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktyor 6 yaşından üzərində silah gəzdirdiyini və o olmazsa, özünü rahat hiss etmədiyini deyib:
 
“Mənim böyüdüyüm yerdə silahlar atalarından oğullarına miras qalır. Mən də ilk silahımı əlimə 6 yaşımda almışam. Qardaşım isə atamınkını götürdü. Evdə silahım olmasa, özümü rahat hiss etmirəm. Ailəmin təhlükəsizliyini qorumalıyam”.