Yenicə ana olan müğənni işinin başına qayıtdı

Yenicə ana olan müğənni işinin başına qayıtdı
3366 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı müğənni Kristina Aqilera avqustda qızı Sammer Reyni dünyaya gətirdikdən sonra yenidən işinin başına qayıdıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı ifaçı yenidən NBC kanalında yayımlanan “Səs”  musiqi yarışmasındakı münsif kürsüsünə əyləşib. Bu artıq Kristinanın iştirakı ilə müsabiqənin 4-cü mövsümüdür. K.Aqilera hamiləliyi müddətində münsif kürsüsündəki yerini Qven Stefana və Şakiraya vermişdi.

Qeyd edək ki, Kristina Aqilera Metyu Rattlerlə ailəlidir.