Ən uzun ayaqlı model İstanbuldadır - fotolar

Ən uzun ayaqlı model İstanbuldadır - fotolar
2814 dəfə oxunub
  • A-
  • A
  • A+
118 santimetrlik ayağı ilə “Ən uzun ayaqlı model” olaraq “Ginnesin Rekordlar kitabı”na düşən Ana Hikman İstanbuldadır.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı top model öz adını daşıyan eynək markasının təqdimatı üçün qardaş ölkəyə yollanıb. Türkiyəyə ilk dəfə getdiyini deyən A.Hikman bir çox yerləri gəzmək istədiyini bildirib:
 
“Burada olduğum üçün çox həyəcanlıyam. İstanbul gözəl şəhərdir. Müxtəlif mədəniyyətlər diqqətimi çəkdi. Bir çox yerə getmək planım var”.