Maykl Cekson ölümündən sonra 700 milyon dollar qazanıb

Maykl Cekson ölümündən sonra 700 milyon dollar qazanıb
1027 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyasını dəyişmiş məşhurların adı onların varislərinə ətək-ətək pul gətirməkdə davam edir.

Axşam.az-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, “Forbes” jurnalı ən çox qazanan vəfat etmiş məşhurların reytinqini tərtib edib.

Pop kralı "Maykl Ceksonun İrsi Fondu" ötən 1 ildə 140 milyon dollar qazanıb. Bunun çox hissəsi müğənninin ölümündən sonra buraxılmış “Xscape” albomundan gələn gəlirdir. 

Ümumilikdə isə 2009-ci ildə vəfat edəndən bəri pop kralı 700 milyon dollar qazanıb.

İkinci yerdə rok əfsanəsi Elvis Presli qərarlaşıb (55 milyon dollar).

Sonrakı yerlər:

3. Çarlz Şulz (karikaturaçı rəssam)

4. Elizabet Teylor

5. Bob Marli

6. Merilin Monro

7. Con Lennon

8. Albert Eynşteyn

9-12. Teodor Qeyzel

9-12. Brus Li

9-12. Stiv MakQuin

9-12. Betti Peyg