Xanımından Corc Kluniyə maraqlı toy hədiyyəsi

Xanımından Corc Kluniyə maraqlı toy hədiyyəsi
1332 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda Hollivud ulduzu Corc Kluni ilə ailə quran vəkil Amal Kluni həyat yoldaşına maraqlı toy hədiyyəsi alıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, insan hüquqlarının müdafiəçisi Venesiyada aktyora əl işi olan 12 qədəh və salfet bağışlayıb. Qədəhlərin hər birinin dəyəri100 dollardır. Vəkilə yaxın mənbələrdən birinin dediyinə görə, A.Kluni bu hədiyyəni Corcla birlikdə İtaliyada keçirdikləri xoş günləri xatırlamaq üçün aldığını söyləyib.

Qeyd edək ki, artıq Amalla Corcun bir-birlərinə verdikləri hədiyyənin dəyəri müzakirə obyektinə çevrilib. Belə ki, qədəhlər vəkilə 3700 dollara, xanımına aldığı ev isə Hollivud ulduzuna 10 milyon dollara başa gəlib.