Prezident xanımının bu görüntüləri rekord qırır - video

Prezident xanımının bu görüntüləri rekord qırır - video
3527 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın birinci ledisi Mişel Obama öz qeyri-adi videosu ilə internet istifadəçilərinin qəlbini fəth edib.

Sözügedən videoda birinci ledi əlindəki ağ turpla rəqs edib. Videonu Ağ Evin saytında paylaşan xanım Obama 5 milyona yaxın baxış toplayıb.

Videonun çəkilməsinə səbəb amerikalı aktyor İman Krossonun onlayn konfrans zamanı birinci lediyə verdiyi sual olub. O, Mişel Obamanın yer qazarkən nə qədər kalori xərclədiyini soruşub. O, bununla birinci ledinin bağbanlığa olan marağına işarə vurub.

Buna cavab olaraq birinci ledi əlində turpla, hip-hop janrında rəqs edib və içində “Ey, birinci ledi bilmək istəyir... Mən nə qazıram” sözlərini olduğu rep oxuyub.

Videonu diqqətinizə çatdırırıq:

musavat.com