Günay podiuma transparan libasla çıxdı - fotolar

Günay podiuma transparan libasla çıxdı - fotolar
9549 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə davam edən "Mercedes-Benz Fashion Week İstanbul" moda nümayişində ötən gün modelyer Çiğdəm Akının dəfiləsi baş tutub.

Axşam.az-ın məlumatına görə, gecədə azərbaycanlı model Günay Musayeva podiuma çıxıb. “Cənnət və rəngləri” adı ilə təqdim olunan dəfilədə 2015-ci ilin dəbi nümayiş olunub. Tədbirdə eyni zamanda hər kəs döş xərçənginə qarşı mübarizəyə səsləndirilib.

G.Musayeva nümayişdə ən cəsarətli libası geyinib. O, əynindəki transparan paltarla diqqət çəkib.

Qeyd edək ki, Türkiyədə yaşayan G.Musayeva aktyor Tolqa Karellə ailə qurub. Cütlüyün Cahangir adında bir oğlu var.