Helli Berri aliment ödəməkdən yorulub

Helli Berri aliment ödəməkdən yorulub
1320 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Helli Berri məhkəməyə müraciət edib.

Axşam.az-ın məlumatına görə, aktrisa keçmiş həyat yoldaşı, böyük qızı Nalinin atası Qabriel Obriyə aliment ödəməkdən yorulub.

Qeyd edək ki, Berri Los-Anceles məhkəməsinin qərarı ilə 2010-cü ildə boşandığı həyat yoldaşı Qabriel Aubriyə, 6 yaşlı qızı Nahla 19 yaşına çatana qədər  hər ay 16 min dollar aliment verməli idi. O, eyniz amanda keçmiş həyat yoldaşının 415 min dollar məhkəmə xərcini də öz üzərinə götürüb. O, bunlara qızından ayrılmamaq üçün razı olduğunu bildirmişdi.
 
İndi isə aktrisa yeni iddia irəli sürüb. Berri Qabrielin pulları qızının gələcəyi üçün yığmadığını, onları son qəpiyinə qədər özü üçün xərclədiyini bildirib. Obri boşandıqdan sonra işdən çıxıb, Hellinin pulu ilə dolanır. Hollivud ulduzu məhkəmə vasitəsiylə alimentin miqdarının 3 min dollara endirilməsini istəyəcək.