Prezidentin toy şəkilləri hərraca çıxarıldı

Prezidentin toy şəkilləri hərraca çıxarıldı
3548 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin ölümündən 50, onun Jaklin Kennedi ilə evlənməsindən 60 ildən artıq vaxt keçməsinə baxmayaraq, onlar Amerikanın yenə də ən məşhur cütlüklərindən biri olaraq qalır.

Bostonda yerləşən "RR Auction" hərrac evi onların toyunda çəkilmiş 13 fotonu hərraca çıxarıb.

Bu şəkillər orijinal olmaqla yanaşı, bəziləri ilk dəfə nümayiş olunur. “RR Auction” hərrac evinin açıqlamasına görə, fotolar toya dəvət olunmuş ikinci fotoqraf tərəfindən çəkilib və o, dünyasını dəyişdikdən sonra evində tapılıb.

Con Kennedinin toy tortunu kəsən yerdə göstərildiyi nadir foto da daxil olmaqla, hərracda şəkillər üçün təxminən 37 min dollar istənilir.

Nyu-Yorkda zəngin ailədə anadan olub ABŞ və Avropanın ən prestijli universitetlərində təhsil almış Jaklin Buviyer və Con Kennedinin toyu 1953-cü ildə sentyabrın 13-də Lonq Aylend ştatının Nyu-Port şəhərində olmuşdu. Toya iki minə yaxın qonaq dəvət olunmuşdu. Con Kennedi o zaman ABŞ senatoru idi və prezident seçkisinə bundan hələ yeddi il sonra qatılacaqdı.

Jaklin Kennedi Con Kennedinin 1961-ci ildə prezident seçilməsindən onun 1963-cü ildə qətlinə qədər ABŞ-ın birinci xanımı olmuşdu.

anspress.com