"Aygün Kazımovanın sevgilisi rəfiqəmin həyat yoldaşıdır" - fotolar

"Aygün Kazımovanın sevgilisi rəfiqəmin həyat yoldaşıdır" -  fotolar
15617 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nura Suri xalq artisti Aygün Kazımovanın nişanlısı Fikrət adlı şəxslə bağlı fakt ortaya çıxarıb.

Axşam.az-ın məlumatına görə, N.Suri “Facebook” səhifəsində şəkli paylaşılan həmin şəxsin adının əslində İmzar olduğunu yazıb. Daha sonra Nura İmzarın onun İstanbulda yaşayan rəfiqəsi Nigarın həyat yoldaşı olduğunu vurğulayıb:

“Burda nəsə yanlışlıq var. Ya şəkilləri səhv qoyublar, ya da adı yanlış yazmısınız. Onun adı İmzardı. Rəfiqəmin həyat yoldaşıdır”.

Qeyd edək ki, A.Kazımova bu günlərdə sevgi yaşadığı Fikrət adlı şəxslə fotolarını paylaşıb. O, Fikrətin Almaniyada yaşayan azərbaycanlı məmurun oğlu olduğunu bildirib. Xalq artisti ötən gün nişanlanma xəbərlərini yayıb.