Ebru Gündeşin azərbaycanlı ərinin məhkəməsində yeni xəbər

Ebru Gündeşin azərbaycanlı ərinin məhkəməsində yeni xəbər
3655 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə 17 dekabrda rüşvət əməliyyatı zamanı həbs edilən və daha sonra azadlığa buraxılan Rza Zərrabla bağlı məhkəmə son qərarı qəbul edib.

Axşam.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, hakim Əkrəm Aydıner 305 gün sonra əməliyyatda adları keçən şəxslərin izlənməsini ləğv edib.

65 səhifəlik qərarda müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrabın da adı yer alıb. Məhkəmədə adları keçən şəxslərlə bağlı “Lazımı qədər məlumat əldə edilmədiyi, iddia olunan günahlandırmanın təsdiqini tapmadığı, heç bir şübhəli halın aşkarlanmadığı” bildirilib.

Qərar dəqiqləşdikdən sonra şübhəli kimi saxlanılan şəxslərin yoxlanması ilə yanaşı mülkləri üzərinə qoyulan qadağalar da ləğv ediləcək.

Qeyd edək ki, Rza Zərrab məhkəməyə xaricə çıxışının qadağan edilməsi ilə bağlı müraciət edib və qoyulan qadağa aradan qaldırılmışdı. Ancaq Zərrabın hər həftənin cümə günü məhkəməyə gələrək imza atması qüvvədə saxlanılmışdı.