Rəqsanə: “Ən bahalı saatım 70 mindir”

Rəqsanə: “Ən bahalı saatım 70 mindir”
3628 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova "Şirin çay" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi ən bahalı əşyalarından bəhs edib. 

O, aparıcının “Deyirlər, bankdan yüz min manat götürmüsünüz, 50 min də həyat yoldaşınız verib və “Range Rover” almısınız” sözlərinə belə cavab verib:
 
“Mənim maşınlarım kredit deyil. Kreditlə maşın sürmək ayıb sayılmır. Hazırda iki “Range Rover”im var, amma nəğd almışam. İdman stilində avtomobilləri sevmirəm. O qədər xeyirxah işlərlə məşğulam ki... Hazırda bir layihə üzərində işləyirəm. Burada əsgərlərimiz, cəzaçəkmə müəssisəsindəki insanlar haqqında danışacağıq. Yeni mahnılarım, kliplərim var. Başım onlara qarışıb. Haqqımda bu cür şayiələr yayanlara fikir vermirəm. Qalmaqalla işim yoxdur”.

R.İsmayılova saat kolleksiyasından da danışıb:

“Saatları çox sevirəm. Ən bahalı saatımın 70 min qiyməti var”.

Sənətçi yeni “Göz önündə” verilişinin ATV telekanalında yayımlanacağını deyib:

"Bu günlərdə Türkiyəyə getmişdim, müqavilə bağladıq. Hər ay bir türkiyəli müğənni verilişimdə qonaq olacaq. İlk qonağım isə Yıldız Tilbedir”.