Sibel Can yollarda qalıb

Sibel Can yollarda qalıb
2325 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Sibel Can ilin 60 gününü təyyarədə keçirir.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, müğənni "Posta" qəzetinə müsahibəsində deyib ki, xaricdə təhsil alan oğlu və qızını görmək üçün tez-tez səfərə çıxmalı olur:

"Amerikada oxuyan oğlum Engin Cana görə ildə ən azı 20 dəfə Mayamiyə, Londonda universitetdə təhsil alan Melisa üçün 6 dəfə İngiltərəyə uçuram. Konsertlər və digər işlərlə bağlı isə ildə azı 30 dəfə təyyarə ilə yola çıxıram. Beləcə il ərzində 60 dəfədən çox səfərdə oluram".