Günay silah tutmağı öyrənir

Günay silah tutmağı öyrənir
1698 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Güneri Civaoğlunun “Şəffaf oda” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcılıq fəaliyyətindən, yaradıcılığından bəhs edən Günay hazırda təhsil aldığını deyib:

“Serialdakı roluma uyğun təhsil alıram. Hətta bədənimi formada saxlamaq üçün idman, döyüş sahəsində də nələrisə öyrənməyə çalışıram. Filmdəki döyüş səhnələrindən ötrü silah tutmaq dərslərinə gedirəm. Bütün günümü dərslərə həsr edirəm”.

Qeyd edək ki, G.Musayeva hazırda “Bəyaz qərənfil” serialında çəkilir. O, “Kod adı K.O.Z.” ekran işində də rol alacaq.