“Həyatımda sevgi olub, amma məni tərk etdi” – video

“Həyatımda sevgi olub, amma məni tərk etdi” – video
3755 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mirkamil Kamilov ikinci dəfə əməliyyat oluna bilər.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Onlar” verilişinə açıqlamasında deyib:

“Çox insan mənə görə Allaha dualar etdi. Bu dualar vasitəsilə mənə şəfa gəldi. İndi hər şey yaxşıdır. Amma ikinci bir əməliyyat gözlənilir. Kiçik problemdir. Həkimlər hələ ki, olub-olmayacağına qərar verməyiblər, sual altındadır. Mən xəstə olanda kimsə yanıma gəlməyibsə, həmin adamı qınamamışam, sənət dostlarımdan inciməmişəm. Aybəniz xanım (əməkdar artist Aybəniz Haşımova – red.) yanımda olub, son nəfəsimə qədər ona borcluyam”.

Mirkamil A.Haşımovanın qızı Aynişan Quliyeva ilə bağlı haqlarında çıxan söz-söhbətə də son qoyub:

“Şəklimiz olanda media bunu işıqlandırır, insanlara maraqlı gəlir. Sonra isə özlərindən söz-söhbət çıxarmağa başlayırlar. Bizim aramızda dostluq olub. O xanıma hörmət etmişəm. O da mənə... Amma çoxdandır Aybəniz xanımgili görmürəm. Burada yoxdurlar”.

Evlənməyi düşünmədiyini deyən Mirkamil onu tərk edən xanımdan da danışıb:

“Evlilik müqəddəsdir. Həmişə deyirəm ki, Allahım, o xanımı mənə sən göndər, özüm axtarıb tapmayıb. Evlənəcəyim qadına ömrümün sonuna kimi hörmət edəcəm, amma Allahımı ondan çox sevəcəm. Həyatımda bir dəfə sevgi olub. Amma məni tərk etdi... Sonra başa düşdüm ki, bir insanı o qədər sevməyə dəyməz. Elə vaxt adama zərbə vurur ki... Həmin insanı həyatımdan sildim”.