İzzət: “Əsəbdən saqqalımda tökülmə başlamışdı”

İzzət: “Əsəbdən saqqalımda tökülmə başlamışdı”
1465 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırov “Düzünü desək” verilişində özü ilə bağlı maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, sənətçi çox əsəbi olduğunu və bunun səhhətinə mənfi təsir etdiyini deyib:

“Kənardan baxanda sakit biri kimi görünürəm. Amma məni gərək hirsləndirməyəsən. Bir ara əsəbdən saqqalımda tökülmə başlamışdı. Bir-iki dəfə həkimə müraciət elədim. Mənə dedi ki, çalış hirslənmə. Ancaq bunu necə edim? İnsan o qədər haqsızlıq görür, adama elə şər atıb, ləkə yaxırlar ki...

Küçədə, orda-burda haqqında nəsə danışırlar və həmin söz-söhbət sənə gəlib çatanda necə əsəbləşməyəsən, arsız olasan? Ümumiyyətlə, mən nə qədər çalışsam da, arsız olmağı bacarmıram. Əsəbilik, elə bil, mənimlə birlikdə doğulub. Həmin anda əlimdə nəsə varsa, gərək onu yerə çırpım, kənara tullayım ki, sakitləşim. Hərdən hirsim soyusun deyə bir az duş qəbul edirəm. Mənim bu xasiyyətimi bilib istifadə edənlər də çoxdur”.