Emin nənəsi ilə - foto

Emin nənəsi ilə - foto
3316 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Emin bir neçə gündür ki Bakıdadır.

Axşam.az-ın məlumatına görə, ifaçı İçərişəhərdə yaşayan nənəsini görməyə gedib. Ata anası olan Əminə xanımla fotosunu Emin İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, ötən gün 106 FM-də qonaq olan Emin dekabrın 4-də Bakıda baş tutacaq solo konsertindən bəhs edib. İfaçı ikinci rusdilli albomunu və bir neçə yeni mahnılarını məhz bu gecədə təqdim edəcəyini bildirib:

“Konsertdə səsləndiriləcək mahnıların hər birinə səhnə hazırlamışıq. Bunun üçün məşqlər gedir. Bu cür səhnələri hazırlamaq heç də asan deyil”.