Samirə: “Heç vaxt üçüncü dəfə ailə qurmaram”

Samirə: “Heç vaxt üçüncü dəfə ailə qurmaram”
2349 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Samirə ikinci dəfə boşanmasına görə onu qınayanlara cavab verib.

Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinin qonağı olan ifaçı heç vaxt üçüncü dəfə ailə qurmayacağını bildirib:

“Heç kim kefindən, başqa xülyalara dalıb ailəsini dağıtmır. Hamı kənardan qınayır, nə gəldi yazır. Amma nə bilirsən ki, bu ailə hansı səbəbdən dağılıb? Boşanan haqqında elə fikirlər yazırlar ki...  Mən heç vaxt üçüncü dəfə ailə qurmaram. Artıq mənim üçün bu məsələ bağlandı”.

Qeyd edək ki, Samirə ikinci dəfə prodüseri Rizvanla ailə qurmuşdu. Sənətçinin ilk evliliyindən qızı, ikincidən isə oğlu var.