“Pəhriz saxlamıram, məndən çox yeyən yoxdur” – fotosessiya

“Pəhriz saxlamıram, məndən çox yeyən yoxdur” – fotosessiya
8519 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Fuad Əlişovun həyat yoldaşı, aktrisa Sevinc Əlişova fotokameramıza tuş gəlib.

O, Axşam.az üçün şəkillər çəkdirməklə yanaşı, övladlarından, ailə həyatından da bəhs edib:

“Üç uşağa baxıram, ona görə də arığam. Bundan yaxşı idman, fitnes klub yoxdur. Eyni zamanda uşaqlıqda rəqslə məşğul olduğum üçün bədənim köklüyə meyilli deyil, formasını tutur. Pəhriz saxlamıram. Məndən çox yemək yeyən adam yoxdur. Toya gedəndə də evdə yeyib, sonra çıxıram. Yağsız yeməkləri sevmirəm. Fuad hərdən zarafatla deyir ki, arıq qız aldım ki, az pul xərcləyim, əksi oldu”.

S.Əlişova “Yenidən ana olmaq planınız var” sualına belə cavab verib:

“Əkizlərim dünyaya gələndə də eyni sualı verirdilər. Qismət olarsa, niyə də yox”.

Yaradıcı işlərinə gəldikdə isə, aktrisa bu haqda düşünmədiyini deyib:

“Yaradıcılıq üçün darıxmıram. Fuad hər bazar günü bir əyləncə fikirləşir. Uşaqlara baxıram. Düşünürəm ki, hər bir ana üçün övladını böyütməkdən, onun ilk addımlarını görməkdən, sözlərini eşitməkdən əziz heç nə ola bilməz. Ona görə də, yaradıcılıq işlərimlə bağlı heç bir yenilik düşünmürəm”.

Foto: Oruc ORUCOV