Birinci xanımların libasını hazırlayan dizayner dünyasını dəyişdi - fotolar

Birinci xanımların libasını hazırlayan dizayner dünyasını dəyişdi - fotolar
3131 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Diana, Jaklin Kennedi, Nensi Reyqan, Hillari Klinton, Lora Buş kimi birinci xanımlara paltarlar hazırlayan dünya şöhrətli amerikalı moda dizayneri Oskar de la Renta 83 yaşında dünyasını dəyişib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “dəb aləminin romantik dizayneri” titulunu qazanan O.Renta 2006-cı ildə xərçəng xəstəliyinə tutulmuş, lakin ötən il moda dəfilələrinin birində xərçəngə qalib gəldiyini açıqlamışdı. Məşhur dizaynerin imzası ilə hazırlanmış libasları geyinənlər arasında Emmi Adams, Sarah Cessika Parker, Penelopa Kruz, Amal Kluni kimi simalar da var.

1932-ci ildə Dominikan Respublikasında anadan olan Oskar de la Renta 1960-cı ildə ABŞ prezidenti Con Kennedinin xanımı Jaklin Kennedinin onun hazırladığı libasları geyinməsi sayəsində şöhrət qazanıb. Daha çox qırmızı xalı və gəlinlik paltarları hazırlayan dizayner bir sıra xeyriyyə təşkilatında çalışıb.