İlhamə həyat yoldaşı haqda: “Xəyanət bizlik deyil, qocalmışıq”

İlhamə həyat yoldaşı haqda: “Xəyanət bizlik deyil, qocalmışıq”
3721 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlhamə Qasımova ilk dəfə həyat yoldaşından bəhs edib.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi həyat yoldaşının onu qısqanmadığını deyib:

“Pulu səyahət üçün qazanmaq istəyirəm. Evdəkinə deyəndə xəsisliklə verir. İnsanın öz pulunun olması daha yaxşıdır. İndi Yaponiyaya getməyə hazırlaşıram. Nə qədər ki, oğul-uşaq olmayıb, həyatımı yaşayıram. Həyat yoldaşım mənimlə getmir. Ailədə getdiyim qeyri-adi yerləri heç sevmirlər. Onun üçün istirahət haradasa oturub kofe içməkdir. Mənə görə isə dincəlmək küçələrdə gəzməkdir. Məni qısqanmır. Bilir ki, əsəbiyəm, kimsə mənə küçədə sataşa bilməz, çəkinər. Heç özüm də onu qısqanmıram. Sevgi olan yerdə kiçik narazılıqlar da yaşanır. Qısqanıramsa, özümü ucuz tuturam. Demək o, kimisə sevə bilər, məni yox? Özümə dəyər verirəm, belə şeylər düşünmürəm. Əgər gələcəkdə aramızda nəsə baş versə, itirən o olacaq. Xəyanət bizlik deyil, artıq yaşımız keçib, qocalmışıq”.