Gülbən Ərgəndən keçmiş həyat yoldaşına cavab

Gülbən Ərgəndən keçmiş həyat yoldaşına cavab
2680 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, “Anadolu Atəşi” rəqs qrupunun rəhbəri, türkiyəli müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan “Milliyət” qəzetinə müsahibəsində “Uşaqlarımın başqası ilə yaşamalarına razı ola bilmərəm” demişdi.

Axşam.az-ın məlumatına görə, G.Ərgəndən M.Ərdoğanın bu sözlərinə cavab özünü gecikdirməyib. Belə ki, müğənni sosial şəbəkədə foto paylaşaraq “Hirsli insanın yüksək səsi ilə xoşbəxt insanın səssizliyi arasındakı fərqin şəkli...” sözlərini yazıb.

Qeyd edək ki, Gülbən Ərgənin Mustafa Ərdoğanla nikahından 3 oğlu var.