"Formaggio" jurnalı diplom aldı

"Formaggio" jurnalı diplom aldı
1353 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü qeyd olunub.

Axşam.az xəbər verir ki, Azərbaycan Milli Kulinariya mərkəzinin təşkil etdiyi tədbirdə mərkəzin fəaliyyətinə dair hesabat verilib. Tədbirdə Kulinariya mərkəzi ilə əməkdaşlıq edən təşkilat və jurnalistlərə diplomlar təqdim olunub. “2014-cü ildə Milli Mətbəxin Fəal Təbliğinə görə” “Formaggio” jurnalı da diploma layiq görülüb.

Budəfəki tədbir bir sıra fərqli məqamlarla yadda qalıb. Belə ki, qonaqlara yalnız milli şirniyyatlarımız deyil, həmçinin, fisincan-plov, müxtəlif toyuq yeməkləri, pizza və suşi də təqdim olunub.

Qeyd edək ki, bu tarix dünyada 10-cu, Azərbaycanda isə 7-ci dəfədir keçirilir.