Bəstəkar Zəlimxan Yaqubun şeirinə mahnı bəstələdi - video

Bəstəkar Zəlimxan Yaqubun şeirinə mahnı bəstələdi - video
1248 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı xalq şairi Zəlimxan Yaqubun "Məkkədə" şeirinə mahnı bəstələyib.

Bu barədə Axşam.az saytına bəstəkarın özü məlumat verib.

Onun sözlərinə görə, mahnıya artıq klip də çəkilib.

Çəkilişləri “Təzə Pir” və “Hacı Əjdərbəy” (“Göy Məscid”) məscidində baş tutan ekran işinin rejissoru və montajçısı İntiqam Dadaşov, operatoru Rüstəm Fərman İsmayılov, aranjimanı isə Osman Həmidova məxsusdur.

Qeyd edək ki, S.Tofiqqızı “Məkkədə” mahnısını türkiyəli müğənni İbrahim Tatlısəs üçün bəstələyib. Amma Tatlısəsin səhhətində problem olduğundan mahnı azərbaycanlı ifaçı Ülvi Xələfov tərəfindən oxunub. İbrahim Tatlısəs sağalan kimi “Məkkədə” bəstəsini ifa edəcəyini bildirib.