Davud Güloğlu keçmiş sevgilisini məhkəməyə verdi

Davud Güloğlu keçmiş sevgilisini məhkəməyə verdi
1379 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Davud Güloğlu keçmiş sevgilisi Pelin Subayı məhkəməyə verib.
 
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, ifaçının bu addımı atmasına səbəb P.Subayın bir müddət əvvəl D.Güloğlunun onu döyməsi iddiası ilə polisə müraciət etməsi olub. Bu müraciətdən sonra məhkəmə qərarı ilə müğənninin Pelinə 50 metrdən artıq yaxınlaşmaması haqda qərar çıxarılmışdı. Hazırda isə Davud ona qarşı böhtan və qarayaxma kampaniyasının başladıldığını əsas gətirərək şikayət ərizəsi yazıb.
 
O, açıqlamasında “Bu ölkədə döyən, vurub-dağıdan biri kimi qələmə verildim. Bu günə kimi utandığımdan susdum. Amma indi məcbur oldum ki, belə bir addımı atım” deyib.