"Yaşımın artmasına üzülmürəm" - fotolar

"Yaşımın artmasına üzülmürəm" -  fotolar
2613 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün aparıcı İlkin Həsəninin ad günüdür.

31 yaşını qeyd edən aparıcı təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşüb:

“Hər il təəssüratlarım daha da gözəl olur. Yaşımın artmasına görə üzülmürəm. Tanıdığım gözəl insanların sayı çoxalır. Böyük məclis keçirməyəcəm. Ailəmiz üçün xoş günlərdən biridir. Xalam oğlunun toyudur. Ailəmlə birlikdə orada olacam. İlk təbriki dostlarım Elşən, Nicat və Kənandan (Elşən Orucov, Nicat Rəhimov – aktyorlar, rejissor Kənan M.M – red.) aldım. Bir yerdə məclisdə idik, saat tamam olan kimi əllərinə mikrofon alıb, məni təbrik etdilər. İlk hədiyyəmi isə 1 ay bundan əvvəl yaxın bir insandan almışdım. Mənə saat bağışlamışdı”.