Sığorta şirkəti Kıvanç Tatlıtuğun əlindən bezib

Sığorta şirkəti Kıvanç Tatlıtuğun əlindən bezib
2967 dəfə oxunub
  • A-
  • A
  • A+
Səhhəti ilə bağlı məsələlərdə həssas olan aktyor Kıvanç Tatlıtuğ xəstəxanaya tez-tez getmə səbəbindən sığorta şirkətini bezdirib.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hər ay sadəcə check-uplar üçün 30 min lirə (təxminən 10 min manat) xərcləyən aktyor sığorta dünyasının “qorxulu yuxusu”na çevrilib. Belə ki, o, ən xırda problemlərdə də xəstəxanaya yollanır.
 
İldə 4 min lirə (təxminən 1400 manat)  əvəzinə, qeydiyyatda olduğu sığorta şirkətinə 10 min lirə (təxminən 3500 manat) ödəyən Kıvanç yüksək faiz göstəricisinə baxmayaraq, şirkəti qane etmir.