Elçin və Günay Rusiyanın rəqs qrupundan dərs alacaq

Elçin və Günay Rusiyanın rəqs qrupundan dərs alacaq
1290 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli və Elçin Cəfərovun Moskvadakı konserti ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, proqram haqda gecənin təşkilatçısı “Azərbaycan Mədəniyyət Studiyası”nın və “Nar” prodakşnın rəhbəri Samirə Zeynalova danışıb:

“Konsert noyabrın 1-də və 2-də “Korolevskiy zal Ostankino”da baş tutacaq. “İkisi birində” adlanan mərasimdə Rusiyanın tanınmış “Style” rəqs qrupu da çıxış edəcək. Elçin və Günay rəqs öyrənmək üçün bir neçə gün əvvəl Moskvaya yola düşəcək. Gecədə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq”.

S.Zeynalova konsertin aparıcısının Zaur Nəbioğlu olacağını bildirib.