"Hüseyn 2 aylıq olanda o bizim ailəyə gəldi" - fotolar

"Hüseyn 2 aylıq olanda o bizim ailəyə gəldi" -  fotolar
4681 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü efirində maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramın qonaqları sırasında rəqqasə Fatimə Fətəliyeva, müğənni Elvin Abdullayev olub. Təranə Səmədovanın aparıcılıq etdiyi verilişdə nikahdankənar uşaq dünyaya gətirənlər, dayələr və süni mayalanma ilə ana olanlar müzakirə edilib.

F.Fətəliyeva oğlunun dayəsindən söz açıb:

“Çox şanslı insanam ki, onun kimi dayə tapdım. Hüseyn 2 aylıq olanda o bizim ailəyə gəldi. Əvvəl onu heç bəyənməmişdim. Dedim ki, uşağımın sağlamlığı üçün gedin həkim müayinəsindən keçin, bütün qan analizlərini verin. Mənim suallarımı cavablandırmağa hazır olun və gəlin. Bilim ki, heç bir probleminiz yoxdur”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.

Verilişin sabahkı buraxılışında işdə uğur qazanıb, şəxsi həyatında xoşbəxt olmayan xanımlardan bəhs ediləcək.