Şahzadənin məktəbli ilə top “davası” – fotolar

Şahzadənin məktəbli ilə top “davası” – fotolar
991 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktiv ictimai fəaliyyəti ilə tanınan Britaniya şahzadəsi Harri Solford şəhərində reqbi idman bayramında iştirak edib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada Reqbinin İnkişafı üzrə Milli Təşkilatın rəhbəri olan şahzadə məktəblilərlə birlikdə həmin idman növünü oynayıb. Bayramın maraqlı anı isə şahzadənin topu əlindən almaq üçün bir qızla apardığı mübarizəsi olub.
 
Bu arada, Kensinqton sarayından hersoginya Keyt Midltonun ikinci uşağının dünyaya gələcəyi tarix barədə rəsmi açıqlama verilib. Körpənin gələn ilin aprelində doğulacağı deyilib.