Hamilə Keyt Midltonun ilk fotoları

Hamilə Keyt Midltonun ilk fotoları
2114 dəfə oxunub
  • A-
  • A
  • A+

Kembric hersoginyası 32 yaşlı Keyt Midlton ikinci hamiləliyi elan ediləndən sonra ilk dəfə Sinqapur prezidenti Toni Tanin qarşılanma mərasimində görüntülənib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yüksək toksikozdan (həddindən çox qusma) əziyyət çəkən K.Midlton həyat yoldaşı, şahzadə Uilyam və kraliça Yelizavetta ilə birlikdə qatıldığı mərasimə sevimli dizayneri "Alexander McQueen” imzalı boz palto geyinib. 13 həftəlik hamiləliyinə baxmayaraq, hersoginya öz eleqant görünüşü ilə diqqət çəkib. Daha sonra kral ailəsi “Royal Garden Hotel”də çoxsaylı qonaqlarını qarşılayıb.

Xatırladaq ki, Keyt Midltonun iknici körpəsinin gələn ilin aprelində dünyaya gələcəyi deyilir. Keytlə Uilyamın Corc adlı 1 yaşlı oğlu var.