“Həyat yoldaşım içki içirdi, 46 yaşında vəfat etdi” - əməkdar artist

“Həyat yoldaşım içki içirdi, 46 yaşında vəfat etdi” - əməkdar artist
2676 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Firuzə İbadova şəxsi həyatı ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Düzünü desək” verilişində həyat yoldaşının içki düşkünü olduğunu deyib:

“30 yaşımda ailə qurdum. 9 il davam etdi. 1995-ci ildə həyat yoldaşımla ayrıldıq. Sevmədiyim bir vərdişi var idi: içki içirdi. Həmişə deyirdim ki, xahiş edirəm bir az da olsa, məclisdə belə içmə. Spirtli içkini qəbul edənlər ifrata varanda çirkin görünür. Kişilər bir yerə yığışanda bir-birinə söz atır: kimdən qorxursan, niyə içmirsən. Bu sözə görə içməyə başlayırlar. Spirt orqanizmdə, ən əsası isə qaraciyərdə yaranan problemin başlıca səbəbidir. Həyat yoldaşım içkinin ucbatından 46 yaşında vəfat etdi. Yazıq valideyn buna necə dözsün? Bu hal elə mənim özümə də pis təsir etdi”.