Daha bir həmyerlimiz “O səs Türkiyə”də - videolar

Daha bir həmyerlimiz “O səs Türkiyə”də - videolar
3872 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “O səs Türkiyə” yarışmasında bu dəfə Cənubi Azərbaycandan olan həmyerlimiz Əsgər Bağıri iştirak edib.
 
Axşam.az-ın məlumatına görə, İbrahim Tatlısəsin “Haydi söylə” mahnısını oxuyan Əsgər münsiflərin rəğbətini qazanıb. Ebru Gündeşin komandasında yarışmağı seçən həmyerlimiz müğənninin Aşıq Ələsgərin yaradıcılığından bir parça səsləndirməsindən sonra həmin şeiri mahnı şəklində oxuyub.

Qeyd edək ki, yarışmanın münsif kürsüsündə Ebru Gündeş, Məzhər və Özkan, Hadisə, Gökhan Özoğuz əyləşib.