“Türkvision” təmsilçimizin mahnısı hazırdır – fotolar

“Türkvision” təmsilçimizin mahnısı hazırdır – fotolar
966 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il Tatarıstanın Kazan şəhərində keçiriləcək “Türkvision” yarışmasında ölkəmizi təmsil edəcək Elvin Ordubadlı səsləndirəcəyi mahnı üzərində çalışır.

Axşam.az-ın məlumatına görə, ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının qalibi olan Elvini müsabiqəyə əməkdar artist Elza Seyidcahan hazırlayır. Onun oxuyacağı “Devlərin yalnızlığı” mahnısının musiqisi E.Seyidcahana, sözləri isə Ayşə Birgül Yılmaza aiddir.

Qeyd edək ki, müsabiqə noyabrın 19 və 21-də baş tutacaq. Ötən il Türkiyənin Eskişehrində keçirilmiş yarışmanın qalibi azərbaycanlı müğənni Fərid Həsənov olmuşdu.