Rza Zərrab əməliyyat olundu

Rza Zərrab əməliyyat olundu
2398 dəfə oxunub
  • A-
  • A
  • A+
Dekabrın 17-də “Korrupsiya və rüşvət” istintaqı çərçivəsində tutularaq 74 gün həbs həyatı yaşayan azərbaycanlı iş adamı Rza Zərrab əməliyyat edilib.
 
Axşam.az Türkiyə mətbuatına isitnadən xəbər verir ki, müğənni Ebru Gündeşlə ailəli olan iş adamının öd kisəsi götürülüb.  Artıq 5 gündür xəstəxanada yatan R.Zərrab əməliyyatdan sonra bədənində infeksiya yayılmağa başladığından həkim nəzarəti altındadır.
 
E.Gündeş gününün əksər hissəsini xəstəxanada həyat yoldaşının yanında keçirir.