Emmanın "bunlar xəstədir" sözlərinə cavab (Yenilənib)

Emmanın "bunlar xəstədir" sözlərinə cavab (Yenilənib)
2647 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emma Ələkbərzadənin sosial şəbəkədə yazarlar haqqında işlətdiyi aşağılayıcı ifadələrə tanınmış qələm sahibləri Mirmehdi Ağaoğlu, Şərif Ağayar və Ağa Cəfərli münasibət bildirib:

“Biz bu aksiyaya start verəndə Emma Ələkbərzadə kimi görkəmli mədəniyyət xadiminin bu qədər kəskin reaksiya verəcəyini gözləmirdik. Onun yüksək etika, dərin zəka və çevik təfəkkürlə yazdığı açıqlamanı oxuyanda xeyli mütəəssir olduq. İnanın, bilsək bəlkə də bu aksiyaya başlamazdıq. Nədən ki, böyük müğənnimiz narahat olmasın və qızıldan qiymətli vaxtını belə faydasız işlərə həsr etməsin. Hələ, onun əsəbiləşməsini, həyəcanlanaraq səhhətini riskə atmasını demirik... Dəyərli ifaçımızı əmin edirik ki, xəstəliyimizlə bağlı tezliklə həkimə müraciət edəcəyik. Çoxlu toylar arzusuyla, görüşənədək.” (lent.az) 

***

Müğənni Emma Ələkbərzadəni özündən çıxardılar.


Axşam.az-ın məlumatına görə, ifaçı “Toylara yox deyək” aksiyasına əsəbləşib. Təəssüratlarını sosial şəbəkədə bölüşən E.Ələkbərzadə bunları yazıb:

“Bu nə mənasız aksiyadır Azərbaycanda başlayıb? “Toylara yox deyək”... Hansısa məntiqsiz məqaləyə görə aləm bir-birinə dəyib. “Norveçdə, başqa yerlərdə toy olmur” ifadəsi məni güldürdü. Oyanın, ay balam. Belə gülünc məqalə yazmaqla özünüzü alçaltmayın. Kimsə kreditə pul götürüb bahalı yerdə toy edir və müflis olur. Borc götürməsin, özünə münasib yerdə toy etsin. Bir şeylə razıyam: bəli, toyda masalar yeməklərdən “partlayır”. Mənə elə gəlir ki, həqiqətən də, menyunu azaltmaq lazımdır. Amma toylara yox demək yanlışdır. Vallah bunlar xəstədirlər”.