“Səbəbkar həyat yoldaşım oldu” - Aygün

“Səbəbkar həyat yoldaşım oldu” - Aygün
5363 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aygün İsmayılovanın “O səs Türkiyə” müsabiqəsinə qatılması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı yarışmada iştirakından, bu işdə ona həyat yoldaşının kömək olmasından danışıb:

“Müsabiqəyə qatılmağı heç ağlımdan da keçirmirdim. Birinci səbəbkar həyat yoldaşım oldu. Mənim yerimə internetdə qeydiyyatdan keçib. Mənə zəng gələndə inanmadım, sürpriz oldu. Etiraz edə bilmədim. Əslində övladım doğulandan sonra bir il ancaq onunla məşğul olacağımı deyirdim. İlk mərhələ gözəl keçdi. Ən çox sevindiyim hal elə müsabiqənin səhəri günü “TV 8”-də “Aramızda qalsın” verilişində səsim barədə gözəl fikirlər eşitməyim oldu. Türkiyənin tanınmış jurnalisti Funda Özkalyoncuoğlu haqqımda gözəl sözlər dedi. İkinci tur – duel noyabrdan sonra başlayacaq. Çünki seçimlər hələ davam edir. Özümə, səsimə və potensialıma güvənirəm”.

Qeyd edək ki, A.İsmayılova türkiyəli iş adamı Haluk Miyakla ailəlidir. İfaçı İstanbulda yaşayır. Bu yaxınlarda isə cütlüyün bir qız övladı dünyaya gəlib.

"O səs Türkiyə"yə qatılan Aygün münsiflərdən Mazhar və Özkanı seçib.