Nikolas Keycdən öz filminə etiraz: “İzləməyin!”

Nikolas Keycdən öz filminə etiraz: “İzləməyin!”
1112 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli aktyor Nikolas Keyc öz filminə etiraz edərək aksiyaya başlayıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Paul Skreyderin rejissorluğu və ssenaristliyi ilə çəkilən “The Dying of the Light” (“İşığın ölümü”) adlı ekran işində baş rolda oynayan Nikolas prodüser şirkətinin ssenaridə bəzi səhnələri dəyişdirməsi səbəbindən bu addımı atıb. Həmin dəyişiklik isə aktyora və rejissora xəbərdarlıq olunmadan edilib.
 
Buna görə, N.Keyc üzərində “Mənim filmimi izləməyin!” şüarı yazılmış qara rəngli koftada çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb. O, şirkətlə müqavilədə ekran işi barədə hər hansı pis niyyətli açıqlamalar verə bilməyəcəyi barədə maddə olduğundan belə bir səssiz kampaniyaya başlayıb.

Aksiyaya filmin rejissoru da qoşulub.