Azərbaycanlı bəstəkar “Kral TV”-də

Azərbaycanlı bəstəkar “Kral TV”-də
1790 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Emil Şahinin yeni mahnısı Türkiyənin tanınmış “Kral TV”-sində səsləndirilib.

Uzun müddətdir ki, gündəmdən uzaqlaşan bəstəkar bu haqda Axşam.az-a məlumat verib:

“Hazırda Türkiyədə yaşayıram. “Kral TV”-də fəaliyyətə başlamışam. Amma Azərbaycandakı işlərimi də unutmamışam. Burada yeni studiya açıram. Avadanlıqlar Amerikadan gətirilir. Bu cür studiya dünyanın bir çox yerində belə yoxdur. Hər şey ən gözəl şəkildə edilir. Yüksək səviyyədə açılışa hazırlaşıram. Yeni bəstələrim var. Studiya açıldıqdan sonra onu müğənnilərimizə təqdim edəcəm. Bu yaxınlarda yazdığım “Xəyallar” adlı instrumental musiqi “Kral TV”-də və radioda səsləndirilib”.

Qeyd edək ki, E.Şahin müğənni Aygün Kazımovanın “Səni tapdım”, Röyanın “Eşqim”, Elnur Məmmədovun “Bilmirəm” və digər bir neçə mahnıların müəllifidir.